Toyuğun ən faydalı hissələri hansılardı?

SAĞLAMLIQ
22:57 / 20.02.2025
128

Tez-tez toyuq ətinin ziyanlı olması haqqında məlumatlara rast gəlirik.

Beynəlxalq və yerli mütəxəssislər qırmız ətlə müqayisədə ağ ətin elə də faydalı olmadığını iddia edir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, toyuq əti kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin, bir çox vitamin, mikro və makroelementlər mənbəyidir: 

“Lakin toyuğun hissələri insan sağlamlığı üçün zərərlidir. Məlumat üçün deyim ki, toyuq boynunda zərərli maddələrin və bakteriyaların toplana biləcəyi limfa vəziləri var. Bununla yanaşı, toyuğun dərisi də sağlıq baxımından məsləhətli deyil. Toyuğun ən faydalı hissəsi dərisiz döş ətidir. Yüksək keyfiyyətli protein mənbəyidir və həmçinin toyuğun digər hissələri ilə müqayisədə daha az yağ ehtiva edir. Döş ətində də daha az doymuş yağ və xolesterol var”.

Sevinc

0