Gündə neçə fincan qəhvə ürək və qan damarları üçün təhlükəlidir?

SAĞLAMLIQ
21:44 / 21.02.2025
75

Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır.

Hit.az xəbər verie ki, işin nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Su, çay və qəhvə dünyanın ən məşhur içkiləridir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər yarım milyondan çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər.

Alimlər könüllüləri müşahidə edərkən bütün ürək-damar hadisələrini qeydə alıblar. Tədqiqat zamanı 11 098 iştirakçıda ürək çatışmazlığı, 33 426 nəfərdə koronar ürək xəstəliyi, 9 706 nəfərdə insult olub.

Nəticələr göstərib ki, müntəzəm su istehlakı həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. Bunun əksinə olaraq, həddindən artıq qəhvə istehlakı - gündə altı stəkandan çox - həm ürək çatışmazlığı, həm də koroner ürək xəstəliyi və insult riskini artıb. Həddindən artıq çay istehlakı da ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilib.

Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər. Həmçinin məlum olub ki, bu içkilərin içilməsi içməli suyun qoruyucu təsirini qismən zəiflədir.

Samir

0