Prostat xərçənginin inkişafının qeyri-aşkar səbəbləri açıqlandı

SAĞLAMLIQ
22:00 / 24.02.2025
53

Artan bel ölçüsü və doymuş yağların həddindən artıq istehlakı prostat xərçəngindən inkişaf və ölüm riskini artırır. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail"ə uroloq Kris İden və Britaniya Cinsi Tibb Cəmiyyətinin prezidenti, terapevt Mayk Kirbi məlumat verib.

Mütəxəssislər prostat vəzi xərçənginin 75-79 yaş arası kişilərdə daha çox inkişaf etdiyini bildirir. Ancaq son onilliklərdə bu onkoloji xəstəlik 50 yaşdan aşağı insanlarda getdikcə daha çox diaqnoz qoyulur.

Doktor Kirbi qeyd edib ki, artıq çəki (xüsusilə bel ətrafında) prostat vəzi xərçənginin aqressivliyinin və ondan ölüm riskinin artmasında böyük rol oynayır.

“Piylənmənin prostat xərçəngini niyə daha ölümcül etdiyinə dair müxtəlif nəzəriyyələr var. Onlardan birinə görə, artıq piy toxuması xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaradaraq, xroniki iltihaba səbəb ola bilər”, deyə ekspert bildirib.

Doktor Edenin sözlərinə görə, qidanın keyfiyyəti də xərçəng, o cümlədən prostat xərçənginin inkişaf riskinə təsir göstərir. Həkim aydınlaşdırıb ki, doymuş yağların (yağlı ət, kolbasa, dondurma, yağ) həddindən artıq istehlakı prostat vəzi xərçənginin yüksək riski ilə birbaşa bağlıdır. Bununla belə, bu assosiasiyanın əsasında duran dəqiq mexanizmlər qeyri-müəyyən olaraq qalır.

Samir
 

0