Alkoqol zəhərlənməsinə səbəb nədir?

SAĞLAMLIQ
17:14 / 24.02.2025
57

Bakının Sabunçu rayonunda son 3 gündə 15 nəfərin spirtdən zəhərlənərək, ölməsi xəbəri ictimaiyyətdə narahatlığa səbəb olub.  Onların etil spirtindən zəhərləndiyi ehtimal edilir. 

Professor Adil Qeybulla Hit.az-a bildirib ki, kustar üsulla hazırlanan spirtli içkilər zəhərlənmə verir:

"Vizual olaraq isə saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər".

Sevinc

0