Sarımsaq qədim zamanlardan geniş istifadə olunan dərman bitkisidir.
Xüsusilə, antibakterial təsirinə görə bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Hit.az xəbər verir ki, sarımsaq sümük, dəri və saç sağlamlığı üçün çox faydalıdır.
Zəngin vitamin və mineral mənbəyidir. İmmun sistemini gücləndirdiyi elmi şəkildə sübut edilmişdir.
Həmçinin, sarımsaq soyuqdəymə və qripdən qoruyur.
Sarımsağın tərkibində olan kimyəvi birləşmələr qan laxtalanmasını azaldır, trombositlərin aqreqasiyasının qarşısını alaraq, infarkt, iflic və yüksək təzyiq kimi sağlamlıq problemlərinin inkişafını ləngidir.
Bu tərəvəz orqanizmi toksinlərdən təmizləyir. Sarımsağın tərkibindəki orqanosulfid birləşməsi olan dialkil disulfid qaraciyəri alkoqolun səbəb olduğu zədələnmədən qoruyur.
Kükürd birləşmələri isə ağır metalların toksiki təsirini zəiflədir, nəticədə orqan zədələnməsi azalır.
Çirklənmiş hava, siqaret tüstüsü və kimyəvi maddələrin yaratdığı toksinləri bədəndən çıxarmağa kömək edir.
Sevinc