Gözəl dəriyə sahib olmaq üçün nə etməli?

SAĞLAMLIQ
19:36 / 24.02.2025
54

Qadınlar üçün dəri ən mühüm gözəllik ünsürüdür. 

Gündəlik makiyajdan, qeyri-sağlam qidalanmadan, pis hava şəraitindən dolayı təsirlənən dəri canlılığını itirir, yağlı dərilərdə sızanaqlar, qara nöqtələr yaranır və dərimiz qüsurlu hala gəlir.

Kosmetoloq Aynurə Həsənova Hit.az şərhində bildrdi ki, yuxu dəri hüceyrələrinin yenilənməsi, ölü dəri hüceyrələrinin təzə və yeni hüceyrələrlə dəyişdirilməsi yuxu zamanı sürətlənir. Yaxşı yuxu bütün gəncləşdirici kosmetikalardan və prosedurlardan effektli təsir göstrir:

 “Daha gənc görünmək üçün stressi aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, mütamadi olaraq, təbii maskalardan istifadə etmək lazımdır. Zeytun yağı, bal və su təmiz dəri üçün ideal sayılır. Qeyd etdiyim bu üçlüdən müxtəlif maskalar hazırlana bilər”.

Sevinc

0