Bir çox insan arıqlamaq istəyəndə salat yeməyə üstünlük verir.
Ancaq bızi mütəxəssislər salatın insanı arıqlatmadığını iddia edir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, salat yemək orqanizmi karbohidrat və zülalla təmin etmədiyi üçün bir sıra sağlamlıq problemlərinə səbəb olur:
“Bütün gün salatdan başqa heç nə yeməyən insanın bədənində yağlar deyil, əzələlər əriyir. Salat yağları əritmir, əksinə əzələ kütləsini azaldır.
Məlumdur ki, salat əsasən tərəvəzlərdən hazırlanır, onların 70-80 faizi isə sudan ibarət olur. Bu da o deməkdir ki, salat insanı tox saxlayan qida deyil.
Bəzi salatlar var ki, onlar qoz, ət və müxtəlif cür souzlarla hazırlanır.
Onların da yağlılığı yüksəl olduğu üçün arıqlama elə də mümkün olmur”.
Sevinc