Xanımlar estetik səbəblərə görə dikdaban ayaqqabılar geyinirlər.
Bu cür ayaqqabı xanımı daha hündürboy ve cazibədar göstərir.
Bu cür dikdaban ayaqqabı onu geyinən xanımın həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilər.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dikdaban ayaqqabı bədənin ağırlıq mərkəzini qabağa çəkir:
“ Onurğa və oynaqlar bunu kompensasiya etmək məcbüriyyətində qalır, onurğa və baş orta oxundan əyilir, çanaq və onurğanın döş hissəsi arxaya gedir, nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Dikdabandan yastıdabana keçilməsi daha sağlam bir alternativ kimi görünsə də, bu növ ayaqqabının da müəyyən mənfi cəhətləri ola bilər”.
Sevinc