Qadınların bir çoxu üzlərindəki tüklərdən şikayətlənirlər.
Bəzilərini bu narahat etməsə də, bəzilərini bezdirir.
Gözəllik salonlarında da bu prosedurlar icra edilir. Lakin bəzən lazerdən sonra xanımın dərisinin yandığını və ya ləkələr yaranması haqqında şikayətlərə rast gəlirik.
Kosmetoloq həkim Aytəkin İsmayılova Hit.az-a şərhində deyib ki,epilyasiya zamanı dəridə əsasən I və II dərəcəli yanıqlar yaranır. I dərəcəli yanıqlar zamanı damarlar həddən artıq qanla dolur və dəri şişir. Yanıq ağrı ilə müşayiət edilir. II dərəcəli yanıqlarda isə sarımtıl rəngli şəffaf maye olan qabarcıqlar əmələ gəlir:
“Çaytikanı yağı yanıqların müalicəsində yaxşı effekt verir. Səbəbi isə onun tərkibində toxumaları bərpa edən və ağrını azaldan bioloji aktiv maddələrin olmasıdır. Bundan əlavə yanıq yerə zeytun yağı da sürtmək olar”.
Həmsöhbətimizin sözlərinə görə lazer zamanı xoşagəlməz halların yaşanmasında qeyri-peşəkarların rolu var. Lazerdən anlayışı olmayanlar bu işi görür, nəticədə insanların dərisi yanır. Kimisinin dərisi zamanla bərpa olunur, kiminsə də ləkə kimi qalır.
Sevinc