Faydaları saymaqla bitməyən çərəzlərdən biri fındıqdır.
Fındıq beyin sağlamlığından tutmuş diabet riskini azaltmaya qədər bir çox önəmli faydalara malikdir.
Çiy fındıq diabet xəstələri üçün vacib qida sayılır.
Müntəzəm olaraq, fındıq yeyəndə digərlərinə nisbətən daha az qan yağına sahib olurlar.
Bundan başqa gündəlik menyusuna çiy fındıq əlavə edən diabet xəstələrinin qlükoza intoleransına da müsbət təsir edir.
Fındığın tərkibində lif, yağ toxluq hissini artırır, bu da həddən artıq yemək yeməyin qarşısını alır, kalori qəbulunu azaldır.
Fındığın tərkibində olan beta-sitosterol maddəsi sinə və prostat xərçəngi riskini azaldır.
Onu da qeyd edək ki, çiy fındıqla yanaşı, qovrulmuş fındıqda faydalıdır.
Qovrulmuş fındıq ürək sağlamlığı faydalı sayılır.
Tərkibindəki mono- və poli-doymamış yağlar xolesterin səviyyəsini tənzimləyir, ürək-damar xəstəliklərinin riskini azaldır.
Sevinc