Kimlər oruc tuta bilməz?

SAĞLAMLIQ
18:00 / 03.03.2025
62

Mart ayının 1-dən Azərbaycanda Ramazan ayı başlayıb.

Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Amma səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var. 

Mütəxəssislər hər dəfə Ramazan ayında mədəsi ilə problem yaşayanlara xəbərdarlıq edir. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, şəkərli diabet xəstələri, yüksək təzyiq, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz: 

“Orucluq insanın öz nəfsinə nəzarət prosesidir. Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir. İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq, maye ilə başlanmalıdır. Adətən, yarım stəkan isti su və xurma istifadə olunur. Gün ərzində ac qalmış mədəyə ilıq şəkildə az-az qida qəbul etmək lazımdır. Mədəni qıcıqlandırmayan, duz və istiotsuz qidaları qəbul etmək gərəkdir. Orucluq dövründə qida qəbulunun intensivliyini aşağı salmaq yaxşı olar”.

Sevinc
 

0