Yuxu insan üçün ən vacib elementlərdən biri sayılır.
Maraqlıdır, insan neçə gün yuxusuz qala bilər?
Hit.az-ın araşdırmasına görə 6-8 saat yuxu yatanlara uzun ömür yaşamaq xarakterikdir.
Elmi təcrübə nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib.
11 gün yuxusuz gecədən sonra orqanizmdə dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərk etmək prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb.
Ümumiyyətlə, insanlar kifayət qədər uzun müddət yatmaya bilər, lakin bunun sağlamlıq üçün olduqca mənfi fəsadları var.
Uzun müddət doyunca yatmama insan orqanizmi üçün ciddi təhlükə törədir.
Qeyd edək ki, uzun müddət yuxusuz qalma insan sağlamlığına çox güclü ziyan vurur.
Doyunca yatmama diabet, ürək-damar xəstəlikləri, piylənmə və depressiya kimi xəstəliklərin inkişaf riskini artıra bilər.
Sevinc