"Təzyiqi olan şəxslərin mütəmadi şəkildə..." - AÇIQLAMA

SAĞLAMLIQ
13:28 / 05.03.2025
138

"Təzyiqi olan və şəkərli diabetdən əziyyət çəkən insanların mütəmadi şəkildə həkim nəzarətində olmaları məqsədəuyğundur".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərin mütəmadi olaraq qidalanmaları ilə bağlı həkimdən məsləhətlər almaları tövsiyə olunur:

"Çünki qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Təzyiqi olan və şəkərli diabetdən əziyyət çəkən insanlar mümkün qədər şirniyyatdan uzaq durmalıdırlar. Eyni zamanda, həmin şəxslərə tünd şokaladlar və kafein tərkibli məhsullardan istifadə çox etməmələri məsləhət görülür".

368836

Ekspert qeyd edib ki, sözügedən şəxslər qida rasionlarında təbii qidalara üstünlük verməlidirlər:

"Yaxşı olar ki, qida əlavələrindən uzaq dursunlar. Məsələn, quzu ətinin tərkibinin kalorisi daha yüksək olduğundan onu yemək bəzən təzyiqli insanlarda müxtəlif fəsadlar törədə bilir. Ona görə də həmişə təzyiqi olan insanlara keçi əti yemək məsləhət görülür". 

Mütəxəssis vurğulayıb ki, təzyiqi olan insanlar ən çox qidalarını qarışdırmaqdan əziyyət çəkirlər:

"Qidalanmağa düzgün fikir verməmək onlarda müxtəlif fəsadlara yol açır. Onlara adətən limon yemək tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, limon həm təzyiqi normallaşdırmağa kömək edir, həm də qanı durulaşdırır. Ona görə də təzyiqi normallaşdırmaq üçün daha çox limon yemək məsləhət görülür".

Pərviz

0