"Belə uşaqların endokrinoloqun müayinəsindən keçmələri mütləqdir"

SAĞLAMLIQ
23:11 / 06.03.2025
36

Bu gün bir sıra ailələrdə aktual mövzularından biri də xüsusilə,  qız uşaqları arasında geniş yayılmış-vaxtından əvvəl cinsi inkişafın başlamasıdır. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, vaxtından əvvəl cinsi inkişaf dövrünə girən uşaqların boyları öz yaşıdları ilə müqayisədə daha uca olsa da, bu dövrün sonunda nisbətən daha qısa olur: 

"Belə uşaqların endokrinoloqun müayinəsindən keçmələri mütləqdir. Vaxtında və düzgün müalicə bu uşaqların boyunun qısa qalmasının qarşısının alınmasına və normal inkişafına kömək olur.Normal cinsi inkişaf qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş aralarında başlayır. Qızlarda cinsi inkişafın ilk əlamətləri süd vəzilərinin, oğlanlarda isə xayaların böyüməsidir. Oğlanlarda sonrakı mərhələdə səsdə qalınlaşma, bədən əzələlərində artma meydana çıxır ki, bu zaman artıq yeniyetmə görünüşü tamamlanır. Vaxtından əvvəl cinsi inkişafın səbəbləri  uşağın yaşadığı stress və ya dəyişiklikləri müşahidə etmək, istifadə edilən vitamin və ya hormon dərmanlarına diqqət yetirmək mütləqdir".

Sevinc

0