Türkəçarə vasitəsilə arıqlamaq xoş sonluqla bitməyə bilər..

SAĞLAMLIQ
15:04 / 07.03.2025
144

Artıq çəkidən əziyyətv çəkənlər müxtəlif vasitələrlə arıqlamaq istəyir. 

Kimisi dieta saxlayır, kimisi kimyəvi həblər, mayelər qəbul edərək artıq şəkidən xilas olur. 

Elə insanlarda var ki, türkəçarə vasitəsilə arıqlamaq istəyir. Ancaq bu istək hər zaman xoş sonluqla bitmir.

Bu günlərdə arıqlamaq məqsədilə xalq təbabətindən istifadə edən Siyəzən sakini qəfil vəfat edib.Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay zəncəfilli qatıq yeyib. 

Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır: “Hər hər hansı bir məhsul kimi, zəncəfil də istifadə üçün əks göstərişlərə malikdir. İnsanlar zəncəfil  içmədən öncə mədəsində yara olub-olmadığını araşdırmalıdır.Çünki, zəncəfil həmin yaraların fəsadlar yaratmasına, daxili qanaxmasına gətirib çıxara bilər. Həmçinin, 
zəncəfildən çoxlu istifadə təzyiqi sala bilər. Ona görə qədərindən qəbul etmək lazımdır”.

Sevinc

0