Şokolad minilliklər boyu sevimli bir yemək olub.
Buna baxmayaraq, hər kəs bu sevimli təamı dada bilmir.
Şokolad kimlər üçün xoşbəxtlik duyğusu bəxş etsə də, kimlər üçünsə əksi olur.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, şokolad stress zamanı sakitləşdirici təsir göstərir, çünki flavonoidlər sinir sisteminə faydalı təsir göstərir. Şokoladın tərkibindəki kakao bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdırır, buna görə də məhsul prebiyotik kimi işləyə bilər:
"Bundan əlavə, şokoladda böyük miqdarda maqnezium və mis var.Şokoladın tərkibində xərçəngin qarşısını almağa kömək edən antioksidanlar və flavonollar var. Flavonollar bəzi xərçəng növlərindən qorunmağa kömək edə biləcək bir antioksidan növüdür. Şokolad, damarların iltihabını azaltmaq və xolesterolu azaltmaqla yüksək qan təzyiqi və insultun qarşısını almağa kömək edir. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq tünd şokolad yemək ürək xəstəliyi riskini yüzdə 30-a qədər azaldır".
Sevinc