Stress – insanın gözlənilməz, gərgin şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, qısa müddətli və nadir hallarda baş verən stress hallarının sağlamlığa təsiri azdır:
“Həddindən artıq stress – əsəbilik, narahatçılıq, depressiya, baş ağrısı, yuxusuzluq kimi fəsadlara səbəb ola bilər. Stess halları aradan qalxmadıqda və ya uzun müddət davam etdikdə, orqanizm daim oyanıq vəziyyətdə olur. Bu, orqanizmi zəiflədir və nəticədə, xəstəliyə tutulma riskləri artır. Stressin öhdəsindən gəlmək üçün alkoqol, tütün və digər zərərli maddə istifadəsindən çəkinmək lazımdır. Yalnız uzun müddət davam edən stress rifah halına mənfi təsir göstərir. Qısamüddətli stress sinir və immunitet sistemini aktivləşdirir, zehni fəaliyyəti stimullaşdırır və bununla da qocalıqda idrak qabiliyyətinin azalmasının qarşısını alır. Üstəlik, stress təkcə mənfi hadisələrlə deyil, həm də sevincli hadisələrlə baş verə bilər. Əslində, stress reaksiyaları hər hansı bir xarici stimul tərəfindən tətiklənir, onunla qarşılaşdıqda psixika və bütövlükdə bədən tarazlıq vəziyyətindən yayınır”.
Sevinc