Mixəyin ətri xoş duyğular bəxş etməklə yanaşı, həm də müalicəvi təsirlərə malikdir.
Hit.az xəbər verir ki, mixək su ilə qarışdırılıb içiləndə bədəndə şişkinlik azalar.
Onun dəmləməsi sakitləşdirici təsirə malikdir. Qrip və soyuqdəymə zamanı həmin dəmləmədən içmək boğaz ağrılarını aradan qaldırır.
İştahanı artırır, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, yaddaşı möhkəmləndirir.
Onu da qeyd edək ki, gözəl dada malik mixək çayının çox içilməsi boğazda qıcıqlanma yarada və bədəndə allergiya yaranmasına səbəb ola bilər.
Mixək ağız suyunun ifrazını, bağırsaqların hərəkətliliyini artırır və bununla da həzm proseslərini yaxşılaşdırır, "tənbəl bağırsaq" sindromu zamanı yardım edir.
Mixəyin tərkibində olan evgenol maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Sevinc