Dişlərin əyri olmasının səbəbi nədir?

SAĞLAMLIQ
19:29 / 17.03.2025
60

Statistikaya görə, dünya əhalisinin 90 faizinin diş sırasının və dişlərin düzgün olmamasından şikayətlənir.

Hətta körpə uşaqlarda belə süd dişlərinin əyri cıxması müşahidə edilir. 

Stomotoloq Vüsalə Əliyeva Hit.az-a deyib ki, inkişaf anomaliyaları uşaqların yaşı artdıqca böyüyür və eyni zamanda funkional və estetik deformasiyalarla nəticələnir:

 “Deformasiyalar illər keçdikcə daha da proqressivləşir, çeynəmə aparatının funksiyasını pozur və uşağın xarici görünüşünü dəyişir. Patologiyanın yaranma səbəbi diş mənşəlidirsə, bütün yaşlarda ortodontik aparatların köməyi ilə müalicə oluna bilər. Amma xəstədə eyni zamanda sümük mənşəli patologiya varsa, ortodontik və cərrahi müalicəyə üstünlük verilir. Estetik görünüşünə görə də, breketlər bir neçə qrupa bölünür; Məsəslən, metal breket, keramik breket, sapfir və daymon (brilyant) breketlər. Daymon breketlərdə müalicə müddəti daha erkən başa çatır. Keramik breketlər estetik cəhətdən digər breketlərdən fərqlənir, kənar məsafədə diqqəti cəlb etmir. Breketlərin müalicə müddəti anomaliyadan aslı olaraq , dəyişə bilir. Diaqnozdan sonra pasientə ətraflı məlumat verilir. Bəzən müraciət edən pasientlər müalicənin daha erkən bitməsini tələb edirlər. Müalicənin 4 və ya 5-ci ayında bir cox dəyişikliklər, irəliləyişlər görünməyə başlayır ki, bununla da müalicəni sonlandırmaq olmaz. Əgər müalicə tez bitərsə, dişlərdə geriyə doğru dəyişikliklər ola bilər. Qeyd edək ki, bu zaman ərzində dişin təkcə tacı düzəlir, daha sonralar kökü taca uyğun formalaşır. Müalicə başa çatdıqdan sonra isə reteynerlər, retension kappa haqda məlumat verilir”.

Sevinc

0