Pis vərdişlər qadınlarda kişilərdən daha çox ürək xəstəliyinə səbəb olur

SAĞLAMLIQ
15:30 / 19.03.2025
52

Sunnybrook Sağlamlıq Elmləri Mərkəzinin (Kanada) alimləri müəyyən ediblər ki, zəif qidalanma, pis yuxu, siqaret və digər qeyri-sağlam həyat tərzi faktorları qadınlarda ürək-damar xəstəlikləri riskinə kişilərə nisbətən daha çox təsir edir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Kardiologiya Kollecinin (ACC) saytında təqdim olunub.

Tədqiqata ilkin mərhələdə ürək xəstəliyi olmayan 175.000 kanadalı daxildir. Tədqiqatçılar ürək-damar xəstəlikləri üçün səkkiz risk faktoruna diqqət yetiriblər: pəhriz, yuxu keyfiyyəti, fiziki fəaliyyət səviyyəsi, qanda qlükoza və lipid səviyyələri, siqaret, bədən kütləsi indeksi və qan təzyiqi.

Tədqiqat iştirakçıları hər bir risk faktoru üçün sağlamlıq vəziyyətindən asılı olaraq qruplara bölünüblər. Bütün səkkiz amil üzrə ideal bal toplayan könüllülər optimal sağlamlıq səviyyəsinə malik, orta bal toplayanlar orta sağlamlıq səviyyəsinə malik, ən pis bal toplayanlar isə sağlamlıqları zəif olanlar kimi təsnif edilib.

İştirakçılar 11 ildən çox izlənilib. Bu illər ərzində elm adamları infarkt, insult, qeyri-sabit angina, periferik arterial xəstəliklər və ürək çatışmazlığı da daxil olmaqla, ürək xəstəliklərinin inkişafını izləyiblər.

Gözlənildiyi kimi, ikinci və üçüncü qrupdan olan könüllülər ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkiblər. Ancaq bu risk qadınlarda daha qabarıq olub. Sağlamlığı zəif olan iştirakçılar sağlam qadınlara nisbətən ürək xəstəliyinə tutulma ehtimalı demək olar ki, beş dəfə çox olub. Üstəlik, birinci və üçüncü sağlamlıq qruplarından olan kişilər arasında risk fərqi cəmi 2,5 dəfə çoxdur.

Tədqiqatçılar mümkün bioloji və sosial-mədəni fərqləri nəzərə almaqla müxtəlif amillərin kişi və qadınların sağlamlığına təsirini daha yaxşı başa düşmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac olduğunu vurğulayıblar.

Samir
 

0