Hava dəyişikliyinin təsirləri nədir?

SAĞLAMLIQ
21:18 / 19.03.2025
37

Temperaturun bir gün yüksək, digər gün isə aşağı olması bu vəziyyətə hazır olmayan insanların sağlamlığını təhlükə altına qoyur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, təbiətdə baş verən bütün hidrometeoroloji amillər də orqanizmimizə təsirsiz ötüşmür. Lakin bir çox insanlarda, xüsusilə də gənc nəsil insanlarda uyğunlaşma prosesi dediyimiz adaptasiya çox sürətli getdiyi üçün biz bunları ciddi şəkildə narahatlıqla keçirmirik:

 "Hava şəraitinin dəyişməsi eyni zamanda tənəffüs yolları allergiyasından əziyyət çəkən insanlarda da bu xəstəliklərin daha çox aqressivləşməsi və aktivləşməsi ilə özünü göstərir. Bu cür insanlarda gözlərdə yaşarma, burun axması, burun tutqunluğu, asqırmalar, ümumi qaşınmalar, xüsusilə də ağız içi qaşınmalar çoxalır.İstidən-soyuğa, ya da əksinə soyqudan -istiyə keçilməsini hər bir orqanizm fərqli qarşılayır. Əksər insanlar bunu fəsadsız keçirir. Amma insanlarda immunitet düşməsi səbəbindən insan kəskin bakterial infeksiyalara yoluxa bilər. Bu iqlim, temperaturla bağlıdır".

Sevinc

0