Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir.
Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.
Hıkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, mövsümi allergiyaların əsasında daha çox irsi meyillilik dayanır:
"Valideynlərdən birində allergiya varsa, onun uşağa keçmə ehtimalı 40 faiz, həm ana, həm də ata allergikdirsə, 80 faiz həmin xəstəlik uşaqda da özünü göstərir. Allergiyası olan insanların orqanizmi bir çox bitkilərə normal insanlardan fərqli reaksiyalar verir. Bitkilərin, çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verməyə başlayır. Bu cür allergiyalar əsasən tənəffüs sistemində özünü büruzə verir.Yaz aylarında tozcuqların havaya yayılması burun qaşınması, asqırma, burun tıxanması, gözlərdə sulanma, qaşınmaya səbəb olur. Bahar aylarında ağaclar çiçək açdığı üçün havada tozcuqlar çoxalır. Bu da həssas insanlarda allergik reaksiyalar verir. Bu cür allergiyalar mədə-bağırsaq traktı olan insanlara təsir eləmir, çünki onlarda allergiya ancaq aldıqları qida ilə bağlı olur. Buna səbəb isə həzm sistemində olan selikli qişa reseptorlarıdır”.
Sevinc