Araşdırmalar zamanı məlum olub ki, ötən dövrlərlə müqayisədə çörək istehlak edənlərin sayı azalır.
Dükanlarda boyat çörəklərin sayının çoxluq təşkil etməsi bunu sübut edir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır:
“Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum şəkildə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. İnsanların əksəriyyəti ya ümumiyyətlə , çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər. Rasionumuzda da karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir”.
Sevinc