Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub.
Yaz aylarında bitən bu otun üzərində incə tikanlar var.
Tikanlardakı formik turşusu və histamin maddələri dəriyə təmas zamanı buradakı hüceyrələrin mutasiyasını pozur və qaşınmaya səbəb olur.
Hit.az xəbər verir ki, gicitkənin tərkibində flavonoid birləşmələri, mineral maddələr, lutein və diuretik təsir göstərən karotenoid birləşmələri vardır ki, bu maddələr artıq çəkidən qurtulmaqda yardımçı olur.
Bu bitki orqanizmin sağlam iş prinsipini pozan toksinləri bədəndən təmizləyir.
Eyni zamanda, bağırsaqların florasını balanslaşdıraraq, həzm sistemini yaxşılaşdırır.
Bununla yanaşı, sidik yolu infeksiyasının qarşısını alır. Ürək-damar problemlərinin yaranma riskini azaldır.
Araşdırmalar zamanı müəyyən edilib ki, gicitkan nəfəs problemlərinə də müsbər təsiri var.
Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.
Sevinc