Yaz aylarında insanlar niyə baş ağrısından şikayət edir?

SAĞLAMLIQ
23:17 / 08.04.2025
296

Yaz aylarında əksər insanlar baş ağrısından şikayət edir. 

Kimisi bunu fəsil dəyişkənliyi, başqa birisi stresslə əlaqələndirir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yaz fəsli baş ağrısı tez-tez artan narahatlıq ilə əlaqələndirilir. İnsan yazda həmişəkindən daha çox narahat olmağa meyllidir:

“Yazda insanlar günəş, vitamin çatışmazlığı ilə qarşılaşa bilərlər. Baş ağırısı geofiziki amillərdən asılıdır. Yazda atmosfer təzyiqi də dəyişir. Buna görə də yaz günlərinin başlanğıcı ilə migren hücumları daha tez-tez baş verə bilər. Miqren xəstəsi adətən yaz aylarında hücumların artdığını deyir. Onu da deyim ki, apreldə kəskin isti hava hətta insanlarda şiddətli baş ağrılarına da səbəb olur. Havanın birdən-birə bu qədər dəyişkən olması təbii ki, insanların səhhətinə xoş təsir göstərmir”.

Sevinc

0