Yuxu problemləri olanların diqqətinə

SAĞLAMLIQ
18:57 / 09.04.2025
408

Əksər insanlar gecələri normal yata bilməməkdən giley edir.

Kimisi bunun səbəbi kimi stress, yorğunluq və digər səbəbləri əsas gətirir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, insanların müxtəlif vaxtlarda yatması, gecə ağır şam yeməyi yeməsi, təmiz havada az vaxt keçirməsi sağlamlığa yuxu rejiminə mənfi təsir göstərir:

 “Narahat yatmaq nəticəsində xroniki xəstəlik kəskinləşə və ya yeni xəstəlik başlaya bilər, arterial hipertenziya, şəkərli diabet və hətta onkoloji xəstəliklərin başlanğıc nöqtəsi ola bilər. Gün rejiminə bu ritualları daxil etmək vacibdir: mütləq yorucu olmayan fiziki aktivlik - ən yaxşısı təmiz havada gündəlik gəzinti, yüngül erkən şam yeməyi, axşam meditasiyası kitab oxumaq, gəzinti və s. Gec yuxuya gedənlər yaxşı olar ki, yazmazdan öncə çobanyastığı çayı içsin, həmçinin kivi və ya ləbləbi yeyə bilər. Bu sadaladıqlarım insanı rahatladır və rahat yatmasına köməklik edir”.

Sevinc

0