Niyə qeysəriyyə əməliyyatlarına üstünlükverilir?

SAĞLAMLIQ
23:34 / 11.04.2025
254

Son zamanlar qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artmaqdadır.

Araşdırmalar zamanı məlum olub ki,  planlı qeysəriyyə əməliyyatlarının sayı durmadan artır. 

Niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir?

Ginekoloq Aidə Süleymanova Hit.az-a deyib ki, bəzi insanlara gör bu yol ilə ana olmaq kübar bir işdir. Təbii yol ilə əziyyət çəkib, uşağı dünyaya gətirmirlər:

"Ancaq buna gedənlər bilmir ki, qeysəriyyənin riskləri təbii doğuşdan daha çoxdur. Doğuş zamanı qanaxma, infeksiya, tromembaliya, yəni qanın damarda laxtalanmsı kimi risklər varsa, qeysəriyyədə bunlar daha çoxdur. Qeysəriyyə kəsiyi üçün göstərişlər müxtəlif olur. Bu göstərişlər Səhiyyə Nazirliyi, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş klinik protokollarda öz əksini tapıb. Bu göstərişlər mütləq və nisbi olmaqla 5 qrupa bölünür. Onu da qeyd edim ki, bu gün Azərbaycanda qeysəriyyə kəsiyinin artması dar çanağa görə yox, təkrar çapığa görədir. İlk dəfə qeysəriyyə əməliyyatı ilə ana olan qadınlar növbəti dəfə uşaqlığını itirməməsi üçün yenidən qeysəriyyə kəsiyinə müraciət edir. Bunun hesabına da qeysəriyyə kəsiyinin göstəricilərində artım müşahidə olunur. Bunun dar çanaqla əlaqəsi yoxdur".

Sevinc

0