"Qıcolma tutması baş-beyin qabığı neyronlarının anormal ifrat fəaliyyəti nəticəsində hissi hərəki, davranış pozulması və elektroensefaloqramda müvafiq dəyişikliklərin qeyd olunmasıdır".
Bunu Hit.az-a həkim Pərvanə Mustafayeva deyib .
O bildirib ki, qıcolma ağrı ilə müşayiət olunan qeyri-iradi əzələ daralmasıdır:
"Ən çox qıcolmalar yaşlılarda baş verir – 60 yaşdan yuxarı şəxslərdə və hamilə qadınlarda müşahidə olunur. Qıcolmaya səbəb susuzluq və ya əzələ yorğunluğudur. Həmçinin, stress və yuxusuzluqda tutmanın ortaya çıxmasında rolu var. Ümumiyyətlə, epilepsiya xəstəliyi olanlar növbəti tutmanın harada və nə zaman baş verəcəyi haqqında daima qorxu və narahatlıq hiss edirlər".
Sevinc