Mövsumu olmayan meyvələrin ziyanı

SAĞLAMLIQ
18:59 / 14.04.2025
113

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədədir.

Xüsusilə, mövsümündən əvvəl yetişdirilib satılan meyvələrdə bu hal daha çox özünü büruzə verir. 

Tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla Hit.az-a deyib ki, mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvələr  insan sağlamlığı böyük zərərdir:

 “Ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Alça kimi mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvə-tərəvəzlər insan sağlamlığına ciddi ziyan vurur.Onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar”.

Sevinc
 

0