Qreyfurtu hər hansı dərmanla qəbul etmək ölümlə nəticələnə bilər

SAĞLAMLIQ
21:57 / 14.04.2025
127

Qreyfurt illərdir yağları yandıran, təzyiqi aşağı salan xüsusiyyəti təbliğ olunur. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, qreypfrut yağları yandırmaz, real həyatda heç bir qidanın birbaşa yağ yandırıcı təsiri yoxdur:

 “Qreypfrutun tərkibində olan zəngin C vitamini immunitet sistemini gücləndirir, dəmirin mənimsənilməsini asanlaşdırır, qan azlığının qarşısını alır. Qreypfruta qırmızı rəngi verən piqment laykopen təbiətdəki ən güclü antioksidantlardan biridir. Laykopen eyni zamanda LDL xolesterin dediyimiz pis xasiyyətli xolesterin nisbətini aşağı salır, ürək-damar xəstəliyi, prostat və döş xərçəngində qoruyucu təsir göstərir. Onu da deyim ki, qreyfurtun suyu güclü təsir yaratdığına görə, onu hər hansı dərmanla qəbul etmək hətta ölümlə də nəticələnə bilər. Bu səbəblə də, onu içərkən ehtiyatlı olmaq lazımdır. Bu meyvə suyunun təsiri bədəndən ən az 24 saat içində keçir”.

Sevinc

0