Beynəlxalq tədqiqatçılar qrupu mədəaltı vəzi xərçənginin şiş mikromühitini təşkil edən hüceyrələr olan fibroblastların nüvələrində Qalektin-1 proteininin əvvəllər məlum olmayan funksiyasını aşkar ediblər. Bu, xərçəngin ən aqressiv növlərindən biri ilə mübarizə aparmaq üçün yeni strategiyalar üçün əsas ola bilər.
HİT.az xəbər verir ki, araşdırma "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
"Şiş mikromühiti və ya stroma, mədəaltı vəzi xərçənginin aqressivliyində əsas amildir. O, təkcə şiş hüceyrələrini dərmanların təsirindən qorumur, həm də onların böyüməsini və yayılmasını təşviq edir", deyə Hospital del Mar Araşdırma İnstitutundan tədqiqat koordinatoru Dr. Pilar Navarro izah edib.
Əvvəllər məlum idi ki, fibroblastlar şiş proseslərini gücləndirən Qalektin-1 ifraz edir. Bununla belə, elm adamları indi zülalın fibroblastların nüvələrində də fəaliyyət göstərdiyini, genlərin ifadəsini tənzimlədiyini, o cümlədən əsas şiş böyümə genlərindən biri olan KRAS olduğunu göstərib.
KRAS mədəaltı vəzi xərçəngi hallarının 90%-də mutasiyaları olan bir gendir. Bədxassəli hüceyrə transformasiyasının əsas hərəkətvericilərindən biri hesab olunur. Yeni kəşf göstərir ki, Qalektin-1 epigenetik olaraq bu geni fibroblastlarda aktivləşdirərək, hətta DNT-də dəyişiklik olmadan da onların şiş dəstəyini gücləndirə bilir.
"Bu, müalicəyə yanaşmanı dəyişir. Biz yalnız Qalektin-1-i hüceyrədən kənarda deyil, həm də fibroblastların nüvələrindəki fəaliyyətini bloklayan dərmanlar hazırlamalıyıq", deyə doktor Neus Martinez-Boş bildirib.
Müəlliflər vurğulayırlar ki, tədqiqatın nəticələri mikromühitin kompleks rolunu və şiş hüceyrələri ilə sağlam hüceyrələr arasında qarşılıqlı əlaqəni nəzərə alan mədəaltı vəzi xərçənginin müalicəsinin yeni effektiv üsullarının inkişafına səbəb ola bilər.
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) - Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır ki, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən, yaxın və ya uzaq metastazların mövcudluğundan asılı olaraq qərar verilir.
Samir