Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.
Hazırda smuzi bütün dünyada ən dəbli duru qida növüdür.
Qərb ölkələrdə hətta xüsusi smuzi-restoranları açılır.
Hit.az xəbər verir ki, smuzi sağlam, faydalı və dietik qida sayılır.
Təbii şirələrlə müqayisədə smuzinin çoxlu üstünlükləri var.
Smuzi hazırlanması zamanı meyvə və ya tərəvəz tam şəkildə istifadə olunur. Bu isə o deməkdir ki, meyvə və ya tərəvəzdə olan bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Smuzi orqanizmi çox yaxşı təmizləyir, orada yığılan toksinlər, şlaklar, ağır metallar, sərbəst radikallar və s. ziyanlı maddələri orqanizmdən çıxardır, xolesterinin səviyyəsini aşağı salır, insanı daha gümrah edir.
Smuzi uşaqların qidalanmasında geniş istifadə oluna bilər.
Bir çox uşaqlar meyvə və tərəvəzləri xoşlamır, süd məhsullarını yemir. Lakin dadlı smuzi onların xoşuna gələ bilər.
Araşdırmalar zamanı müəyyən edilib ki, smuzinin heç bir ziyanı və ya əks-təsirləri yoxdur. Arıqlamaq istəyən insanlar üçün smuzi ən yaxşı seçimdir. Müxtəlif smuzilərin istifadəsi həm orqanizmi lazım olan vitamin və minerallarla təmin edir, həm də arıqlamağa kömək edir.
Sevinc