Saqqızın faydaları və ziyanı

SAĞLAMLIQ
22:16 / 25.04.2025
50

Bəzən ağızdan gələn qoxudan azad olmaq üçün, bəzən də müxtəlif səbəblərlə əlaqədar saqqız çeynənilməsi ilə rastlaşırıq. 

Hazırda saqqızın fərqli dada malik çoxlu çeşidi var. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər: 

“Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir.  Tez-tez saqqız çeynəmək tüpürcək vəzinin fəaliyyətini öncə artırsa da, bir müddət sonra vəzin funksiyasını pozaraq, ağızda quruluğa və nəticədə bakterial infeksiyaya yol açır. Çox çeynədikdə diş emalını zədələyərək, kariyesin yaranmasına səbəb olur. İnsan ac qarnına saqqız çeynəyirsə, bu, mədə şirəsinin ifrazının artması deməkdir. Yəni, boş mədədə turşu mühiti olduğu üçün mədənin divarlarında qıcıqlanma nəticəsində iltihab əmələ gətirə bilər. Ona görə də, ac qarnına saqqız çeynəmək olmaz”.

Həkimin dediyinə görə saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir.

Sevinc

0