Uşaqlar arasında onkoloji xəstəliklər artıb - Səbəblər...

SAĞLAMLIQ
20:19 / 25.04.2025
60

"Uşaqlar arasında onkoloji xəstəliklər artıb". 

Bu sözləri Hit.az-a professor, tibbi ekspert Adil Qeybulla deyib.

O bildirib ki, uşaqlar arasında onkoloji xəstələliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir:

"Bu gün Azərbaycan əhalisi sağlam qidalanmır. Azərbaycana daxil olan qida maddələrinin keyfiyyət parametrləri xeyli aşağıdır.Uşaqlarda immunitet sistemi çox zəifdir. Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır. Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır".

Sevinc

0