El arasında “altıaylıqsan?” deyə bir söz var. Kimsə kimisə qınayanda zarafatla bu ifadəni işlədir.
Məlumdur ki, körpələr ana bətnində normalda həftə, 9 ay qalmalıdır. Ancaq bəzi hallarda vaxtından tez doğuşlarda mümkün olur.
Maraqlıdır, körpənin ana bətnində tamamlaya bilmədiyi həftələrin sayı onun həyatında, sağlığında, xarakterində necə iz buraxır?
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, vaxtından əvvəl doğuş inkişaf etməmiş bir vəziyyətdir:
“Hamiləlik müddəti başa çatmadığına görə yeni doğulan uşaqlar retinopatiya riski altında olurlar. Retinopatiya gözün tor qişasının görmə qabiliyyətinin pisləşməsinə səbəb olan xəstəlikdir. Buna görə də həmin körpələr oftalmoloqlar tərəfindən xüsusi cədvəl üzrə müşahidə altında saxlanılırlar. Yarımçıq gerçəkləşən doğuş, sadəcə uşaq üçün yox, ana üçün də təhlükəlidir. Hamiləlik dövründə ilk həftələrdən qadının həkim nəzarətində olması, mütəmadi lazım olan müayinələrdən keçməsi vacibdir. Erkən doğum riski yarandığı halda dölün mühafizəsi üçün bəzi profilaktik tədbirlər aparılmalıdır”.
Sevinc