Meyvə lavaşlarının insan orqanizminə faydası

SAĞLAMLIQ
17:27 / 28.04.2025
55

Turş meyvələrdən, xüsusən alça və zoğaldan hazırlanan lavaşlar əsrlərlə milli mətbəximizdə xüsusi yer tutub. 

Meyvə lavaşları böyüklər və balacalar üçün azkalorili, yüngül və ləzzətli çərəz-hesab olunur.

Hətta uşaqların meyvəyə nisbətdə onun lavaşı alternativini daha həvəslə yeməsi müşahidə edilir. 

Hit.az xəbər verir ki, meyvə lavaşı uzun müddət keyfiyyətini itirmir və bu meyvələri hətta mövsümdən kənar vaxt yeməyə imkan verir.

Bəzi lavaşlar sutkalıq vitamin C tələbatının 10 faizini ödəyir, çünki ya bu lavaşlar müvafiq vitaminin zəngin olduğu meyvələrdən hazırlanır, ya da digər meyvələrin hər stəkan püresinə 1 xörək qaşığı limon suyu əlavə edilir. 

Meyvə lavaşlarının tərkibində olan elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur. Həmçinin, immun sistemini də gücləndirir.

Sevinc

0