Uşaqların anidən boğulmasına səbəb nədir?

SAĞLAMLIQ
17:32 / 29.04.2025
58

Zamanla yenidoğulan uşaqların anidən boğularaq vəfat etməsi xəbəri ilə rastlaşırıq. Maraqlıdır, yenidoğulan uşaqlarda boğulma hadisəsi niyə baş verir? 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyb ki, bəzən valideynlərin savadsızlığı və səhlənkarlığı körpələrin ölümü ilə nəticələnir: 

“Məsələn, uşağa süd verərkən ananın yuxuya getməsi və mexaniki olaraq, körpənin boğulması, qida və qusuntu kütlələrinin uşağın nəfəs borusunu qapaması, hətta uşağın yuxudakı pozası da qəfləti ölümə səbəb ola bilər. Həmçinin, uşağı nəzarətsiz olaraq üzü üstə və ya arxası üstə uzandırmaq çox təhlükəlidir. Körpələr gecə sağ və sol tərəf üstündə yatırılmalıdır, əks halda mexaniki boğulma  baş verə bilər.Tənəffüs çatışmazlığı sindromu yarımçıq doğulmuş uşaqlarda da ölümə səbəb olur. Xəstəxanada müalicə olunmasına baxmayaraq, çox zaman onlarda ağ ciyərlər öz funksiyasını tam yerinə yetirə bilmədiyindən körpənin həyatını xilas etmək mümkün olmur. Erkən neonatal ölümün səbəbləri sırasına anadangəlmə ürək qüsurları da daxildir. Belə hallarda çox vaxt cərrahi müdaxilə tələb olunur, lakin yenidoğulmuşun vəziyyəti həmişə buna imkan vermir”.

Sevinc

0