Erkən yaşda cinsi münasibət fəsada səbəb ola bilər?

SAĞLAMLIQ
23:15 / 30.04.2025
41

XXI əsrdə yaşamağımıza baxmayaraq  hələ də yeniyetmə analara rast gəlirik. 

Maraqlıdır, azyaşlının uşaq dünyaya gətirməsi onun orqanizmində nə kimi fəsadlar yarada bilər?
 
Ginekoloq Aidə Süleymanova Hit.az-a deyib ki,azyaşlının dünyaya gətirdiyi körpə yeniyetməlik yaşında ciddi problemlərlə üzləşəcək:

 “Yeniyetməlik dövründə baş verən hamiləliyin ziyanları var. Ən birincisi, süd vəzinin inkişafı, aybaşının normal gedişatı, bədənin quruluşu - hamısında problemlər olacaq. Gələcəkdə bu qızın uşağı olmaya bilər və  düşük riski yaşayacaq. Azyaşlının orqanizmi sağlam olduğu üçün hamilə qalıb. Umumiyyətlə, qız və ya oğlanların erkən yaşda cinsi münasibətdə olması sağlamlıq baxımından düzgün deyil”.

Sevinc

0