Göy öskürək təhlükəsi

SAĞLAMLIQ
22:16 / 02.05.2025
68

ABŞ-də göy öskürək (tibb dilində pertussis) hallarında narahatedici artım qeydə alınıb. 

2025-ci ilin ilk dörd ayında 8 min 485 yoluxma aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. 

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 5 yaşdan kiçik uşaqlarda təxminən 24 milyon göy öskürək halı və 160 mindən çox ölüm baş verir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, göy öskürək kəskin və yoluxucu bir infeksion xəstəlikdir. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək daha təhlükəlidir: 

“Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər. Göy öskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz. Təkcə uşaqların yox, böyüklərin, xüsusən də hamilələrin də göy öskürəyə qarşı peyvəndlənməsi olduqca vacibdir”.

Sevinc

0