Quş qripi donuzlara keçsə, insanlar üçün təhlükəli qrip ştammları yarana bilər

SAĞLAMLIQ
18:56 / 05.05.2025
58

Beynəlxalq quş qripi epidemiyası Avropada donuzlara keçərsə, bu, insanlar üçün təhlükəli olan qrip ştammlarının yaranmasına səbəb ola bilər.

HİT.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa İttifaqının Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) icraçı direktoru Bernard Url deyib.

"Quş qripi şübhəsiz ki, quşlardan məməlilərə getdikcə daha çox yayılan xüsusi bir haldır", deyə o, qeyd edib.

Url vurğulayıb ki, virusun donuzlara keçmə riski səbəbindən Avropa yüksək ayıq olmalıdır.

Bundan əvvəl "The Conversation" xəbər vermişdi ki, quş qripi virusunun yeni ştammı ciddi təhlükəyə çevrilə bilər. COVID-19 pandemiyasının dağıdıcı təsirindən sonra tədqiqatçılar hansı infeksiyanın növbəti qlobal təhlükəyə çevrilə biləcəyinə diqqət yetirirlər. Narahatlığa səbəb olan ən təhlükəli yoluxucu xəstəliklər arasında malyariya, HİV və vərəm qalır.

Samir
 

0