Elə insan var ki, o acı olmadan yemək yemir. Yəni acılı qidaları sevir.
Maraqlıdır, mütamadi acı yemək sağlamlığa necə təsir edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, çox acı yemək sağlamlığa ziyandır:
“Ancaq ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. Bu bibər ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Bununla yanaşı, acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Ancaq mədəsində problemi olanlar, allergiyadan əziyyət çəkənlər acı yeyə bilməz. Çünki acı onlara mənfi təsir edəcək”.
Sevinc