Dişlərin sağlamlığı təkcə ağız boşluğunun gigiyenasından deyil, həm də qidalanmadan asılıdır.
Hit.az xəbər verir ki, süd məhsulları, xüsusilə bərk pendirlər, həmçinin balıq və qoz-fındıq kalsiumla zəngindir.
Kalsiumun mənimsənilməsinə cavabdeh olan "K" vitamini isə ispanaq, soya və kartofdan əldə edilə bilər.
Diş ətinin sağlamlığı üçün mübadilə proseslərini stimullaşdıran və iltihabın qarşısını alan "C" vitamini lazımdır.
Bu vitamin sitrus meyvələrində, çiyələkdə və şirin bibərdə çoxdur.
Düzgün qidalanma mütəmadi ağız boşluğu gigiyenası ilə birlikdə dişləri sağlam saxlamağın və stomatoloji problemlərin qarşısını almağın ən yaxşı yoludur.
Sevinc