"Qrip olanda da həkimə müraciət edin, çünki..." - İnfeksionistdən AÇIQLAMA

SAĞLAMLIQ
11:17 / 13.05.2025
48

Cəmiyyətimizdə xəstələnən insanların çox böyük əksəriyyəti həkimə müraciət etmir. 

Onlar, xəstəliyi ev şəraitində keçirərək, keçməsini gözləyirlər. Ən çox da qripdə buna rast gəlirik. Ölkəmizdə qripə görə həkimə müraciət edənlər demək olar ki, yox səviyyəsindədir. Lakin qrip və bəzi xəstəliklər zamanı həkimə müraciət etməmək daha sonra ciddi problemlərə səbəb ola bilir. 

Bəs hansı hallarda dərhal həkimə müraciət etmək lazımdır? 

Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, mövsümü olaraq insanların yoluxduğu müxtəlif xəstəliklər olur:

"Bu xəstəliklər baş ağrısı, temperaturun yüksəlməsi, halsızlıq, əzələ və oynaq ağrıları kimi simptomlarla özünü biruzə verir. Bəzən öskürək və ya sinədə ağrılar da yaranır. Bu hallarda özbaşına dərman qəbul etməkdənsə həkimə müraciət etmək yaxşı olar". 

373348

Həkim qeyd edib ki, bəzən qrip və ya digər xəstəliklər virus xarakterli də ola bilir:

"Belə olan zaman simptomatik terapiya edərək xəstəni izləyirik. Lakin xəstə vaxtında həkimə müraciət etməyəndə və temperatur dirəncli hal almağa başlayanda antibiotik qəbul edir. Nəticədə isə xəstəlik daha da ağırlaşır. Daha dəqiq desək, qonşuda kimsə xəstələnəndə antibiotik qəbul edib deyə onu təkrarlamaq doğru deyil".

Ləman Qalimova vurğulayıb ki, həkim məsləhəti olmadan antibiotik qəbul etmək daha sonra müalicəyə mənfi təsir edir:

"Ümumiyyətlə, sadəcə xəstəliyin bakterial ağırlaşması yaşanan zaman antibiotik yazılır. İlkin həkim müayinəsi olmadan antibiotik qəbul etmək qətiyyən tövsiyə olunmur".

Mütəxəssis bildirib ki, istər qrip, istərsə də digər xəstəliklər zamanı həkimə müraciət etmək lazımdır:

"Temperaturun artması, baş ağrısı, şiddətli öskürək və s. kimi hallarda həkimə müraciət olunmalıdır. Çünki vaxtında doğru diaqnoz qoyulda, zamanında müalicəyə başlanıla bilər".

Pərviz

0