Plastik cərrahiyyə sahəsində vahid standartlar

SAĞLAMLIQ
22:16 / 13.05.2025
47

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. 

Bu məqsədlə klinik protokollar hazırlanır.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Plastik cərrahiyə ilə bağlı vahid standartlar bu sahədə qeydə alınan problemləri həll edəcəkmi? 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, plastik cərrahiyyə xəstələrlə məşğul olan sahə deyil. Bu sahə normal insanların bədən görkəmini dəyişdirir: 

“Estetik əməliyyatların aparılması ümün xüsusi qaydalar var, konkret qəbul edilmiş standartlar var. Ancaq bununla yanaşı, Dünya Səhiyyə Təşkilatının kliniki protokolları estetik əməliyyat keçirənləri xəstə saymır.  Hesab edirəm ki, tərtib olunacaq yeni qaydalarda müəyyən detallar nəzərə alınmalıdır. Əməliyyat zamanı narkozun dozası, əməliyyatdan sonra xəstənin vəziyyəti, onun evə nə vaxt göndərilməsi, reabilitasiya dövrü kimi məsələlər yer almalıdır. Əməliyyatdan sonra ağırlaşmaların olmaması üçün bu kimi məsələlərə diqqət edilməlidir. Ümid edirəm ki, yeni standart həm həkimlərin, həm də xəstələrin xeyrinə olacaq”.

Sevinc
 

0