Yaz allergiyası nədir?

SAĞLAMLIQ
21:57 / 14.05.2025
38

Yaz aylarında bəzi ağacların tozcuqları astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir. 

Həkim-allerqoloq Xəyalə Ağayeva Hit.az-a deyib ki, ağacların tozcuqlarının, hətta ətrinin də insanlarda allergik renit, allergik kannyuktivit kimi xəstəliklər yaradır:

“Qorunmaq üçün həkimə müraciət etmək və həmin mühitdən uzaq olmaq lazımdır. Allergik xəstəliklərə tutulmalar adətən yaz aylarında baş verir. Buna ağacların tozlanması və hava dəyişkənliyi təsir edir. Havadakı tozcuqlar insan orqanizmi, xüsusən də nəfəs yolları üçün çox təhlükəlidir. Allergiya simptomlar, əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Burnun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, nəfəsalmanın çətinləşməsi, təngnəfəslik allergiyanın əlamətləridir.Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır”.

Sevinc

0