Koronavirus hər kəsin tanıdığı, bildiyi bir xəstəliyə çevrilib.
Son zamanlar bu xəstəliyə yoluxanların sayında da azalma vardı.. Ancaq son günlər açıqlanan statistik rəqəmlər və qonşu ölkələrin koronavirus infeksiyası dalğası barədə xəbardarlığı COVİD-in geri dönməsindən xəbər verir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, klassik formada COVİD geri qayıtmayacaq, ancaq yüngül yoluxma olacaq. Bu da cəmiyyət üçün təhlükə törətməyəcək:
“İstənilən halda insanlar öz sağlıqlarının qeydinə qalmalı, özləri üçün təmizlik, gigiyenk qaydalara əməl etməlidir. Xəstə insanlar müalicə olunub, sağalana qədər təmasdan uzaqda durmalıdır. İnanmıram ki, maska rejiminə yenidən qayıdılsın”.
Sevinc