Azərbaycanda anemiyadan (qanazlığı) əziyyət çəkənlərin sayı artır. Anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki anemiya xəstəliyi qanda hemoqlabinin və digər göstəricilərin aşağı düşməsi deməkdir:
"Müasir dövrdə bu xəstəlik uşaqlar arasında da geniş yayılıb. Əsas faktorlar arasında ilk növbədə qurd xəstəliklərini qeyd etmək istəyirəm. Düzgün qidalanmama da anemiyanın yaranma səbəblərindəndir. Meyvə-tərəvəzdən az, süni qidalardan isə çox istifadə olunur. Uşaqlar, yeniyetmələr qısa müddətdə enerji verəcək "fast-food" qidalarından və enerji içkilərindən geniş istifadə edirlər. Şirniyyat, şokolad tərkibli qida məhsulları onların qida rasionunda üstünlük təşkil edir. Bütün bunlar qanda hemoqlabinin miqdarını aşağı salır və xəstəliyin yaranmasına səbəb olur. Bəzi hallarda xəstənin qanında anadangəlmə problem ⁷olur. Bu da əsas faktorlar arasındadır. Nəsildə anemiya xəstəliyi varsa, bu, digərlərində də yarana bilir. Anemiya zamanı insanın yaddaşı zəifləyir, ürəkdə müəyyən problemlər yaranır. Son illər bu xəstəlik çox ciddi problemə çevrilib. Demək olar ki, əksər insanda anemiyaya rast gəlmək olur. Qanın tərkibinin aşağı olması demək olar ki, adi hala çevrilib”.
Sevinc