Yaz aylarının vazgeçilməz meyvələrindən biri də çiyələkdir.
Həm ətri, həm də görüntüsü ilə göz oxşayan bu meyvənin tərkibində bol miqdarda fosfor və dəmir var.
Hit.az xəbər verir ki, çiyələyin faydaları ilə yanaşı zərərləri də var.
Belə ki, qastrit və xora diaqnozu qoyulan şəxslərə normadan artıq çiyələk istehlak etməyi məsləhət görülmür. Həmin insanlarda mədə yanması və şişkinliyə səbəb olur.
Azyaşlı uşaqların immun sistemi bu meyvəyə qarşı allergik reaksiyalar göstərə bilir, buna görə də valideynlər diqqətli olmalıdırlar.
Eyni zamanda hamilə və südverən anaların da diqqətli olması tövsiyə edilir.
İndiki dövrdə satışda olan çiyələklərin əksəriyyəti dərmalarla böyüdüldüyü üçün bu, ana və bətndəki uşaq üçün təhlükəli ola bilər.
Hormon ehtiva edən çiyələklər başda mədə xəstəlikləri olmaqla bir çox sağlamlıq probleminə səbəb ola bilər.
Sevinc