Dərmanlar niyə bahadır?

SAĞLAMLIQ
23:34 / 19.05.2025
37

Azərbaycanda dərmanların satış qiymətinin yüksək olması hər kəsə bəllidir. 

Hətta bu məsələ dəfələrlə Milli Məclisdə belə müzakirə olunub.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, dərman preparatlarının qiyməti çox bahadır:

“İdxaldan asılı ölkəyik və dərmanlar da çox bahadır. Dərmanların alınması da hissə-hissə icbari sığortaya daxil edilə bilər, lakin bir anda bütün müalicənin daxil edilməsi real görünmür. Özəl sektor da icbari sığortaya cəlb edilməlidir. Bunun üçün də özəl xəstəxanalara, klinikalara icbari sığorta işi ilə məşğul olmaları məqsədilə lisenziyalar verilməlidir. İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, onlar özəl sektorun qanunlarını deyil, tibbin qanunlarını üstün tutur. Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr, problemləri daha tez həll etmək olar”.

Sevinc

0