Bişmiş təamları soyuducuda necə saxlamaq olar?

SAĞLAMLIQ
21:57 / 19.05.2025
35

Bəzi xanımlar hazır yeməklərə üstünlük verir. 

Kimisi həftəlik yeməyi öncədən hazır edir, başqa birisi isə hazır təamlar alır. 

Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, ev şəraitində soyudulmuş məhsul müsbət 2 və ya mənfi 18 dərəcə soyuqluqda mühafizə olunmalıdır:

“Müsbət 2 dərəcədə xörək mühafizə edilərsə, maksimum iki gün ərzində istehlak olunmalıdır. Əgər məqsəd qidanı uzun müddət – 1 həftə, 1 ay və s. saxlamaqdırsa, bu zamanda dərin dondurucuya qoymaq daha məqsədəuyğundur. Əks halda , qida zəhərlənməsi qaçılmazdır. Ümumiyyətlə, satışda olan hazır qidalardan uzaq durmaq lazımdır”.

Sevinc

0